Nadir Mehdiyev
Nadir Hüseyn oğlu Mehdiyev (27 iyun 1971, Bakı) — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017).
Nadir Mehdiyev 27 iyun 1971-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Kinorejissor Hüseyn Mehdiyevin oğludur.
Nadir Mehdiyev bədii, sənədli filmlərin, musiqi kliplərinin quruluşçu operatorudur.
"Dolu" filminə görə "Ən yaxşı operator işi" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)
Azərbaycanın əməkdar mədəniyyət işçisi (31 iyul 2017)
Operator assistenti kimi
Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film)
Qətl günü (film, 1990) (tammetrajlı bədii film)
Haray (film, 1993) (tammetrajlı bədii film)
Operator kimi
Səhnədə keçən həyat (film, 1991) (qısametrajlı sənədli film)
Dostuma məktub (film, 1992) (tammetrajlı sənədli film)
Udi xalqı (film, 1993) (qısametrajlı sənədli film)
Müharibə yolları (1995) (sənədli film)
Hökm (film, 1994) (tammetrajı bədii film)
Özgə vaxt (film, 1996) (tammetrajlı bədii film)
Bakı metrosu-30 (film) (qısametrajlı sənədli film)
Azərbaycanda rabitənin inkişaf yolları və tərəqqisi (film, 1998)
Zəncir (1999) (sənədli film)
Bir anın həqiqəti (film, 2003) (çoxseriyalı bədii film)
Məkanın melodiyası (film, 2004) (tammetrajlı bədii film)
Bomba (film, 2005) (tammetrajlı bədii film)
Məşədi İbad 94 (film, 2005) (tammetrajlı bədii film)
Qrinviç meridianından... kənarda (film, 2007) (qısametrajlı bədii film)
Əgər unutsaq.. (film) (sənədli film)
Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film)
Top həm düşər, həm qalxar (film, 2011) (sənədli film)
Dolu (film, 2012) (tammetrajlı bədii film)
Qanun naminə (serial, 2013)
5+ (film, 2014-2015) (bədii serial)
Yuxarıda və aşağıda (film, 2015) (kinoalmanax) ("": quruluşçu operator)
Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film)
Həddən artıq uyğunluq (film, 2016) (tammetrajlı bədii film)
Oğlan evi 2 (film, 2016)
Ağanatiq (film, 2017)
Əlvida, Şmidt!